“Özünə bax”ın sürpriz aparıcısı o olacaq

“Özünə bax”ın sürpriz aparıcısı o olacaq
4156 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ATV telekanalının zövq yarışması “Özünə bax”ın final bölümü yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, gecədə bir çox sürprizlər gözlənilir. Onlardan biri də layihənin siması Ruhi Əliyevanın vəd etdiyi tanınmış aparıcıdır. Belə ki, çoxdandır adı gizli saxlanılan tədbirin xanım aparıcısı Kamilə Babayeva olacaq. O, ana olduqdan sonra ilk dəfə səhnəyə çıxacaq. Tədbirin digər aparıcısı isə Rüfət Ağayevdir.

“Özünə bax”da iştirak edəcək türkiyəli qonaqlar modelyer İvana Sert və Hakan Akkaya bu gün günorta saatlarında Bakıya gələcək. Onlarla bərabər finalda tanınmış türkiyəli müğənni də iştirak edəcək.

Bu gün saat 22:45-də ATV telekanalında canlı yayımlanacaq verilişdə ən zövqlü xanımın adı açıqlanacaq. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.