"Düşündüm ki, intihar edim"

"Düşündüm ki, intihar edim"
1072 dəfə oxunub
  • A-
  • A
  • A+

38 yaşlı Jizel Bundhen dünyanın ən uğurlu modelləri sırasında yer alıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, idmançı Tom Bredi ilə ailəli olan model iki övladından və həyatından danışıb.

"Bir əlimlə övladımı yedizdirir, digəriylə fotosessiyaya hazırlaşıram. Mənim günüm səhər saat 5-də başlayır" deyə, Jizel bildirib. 

O, formada qalma sirrini və başına gələn xoşagəlməz halı açıqlayıb:

"Mənim yolum sağlam qidalanmaqdan başlayır. Hər zaman özümü pozitiv insan hesab edirəm. Ona görə də problemlərə əhəmiyyət vermirəm. Qidalanmamı idarə etməyi bacarıram. 

Bir vaxtlar düşünürdüm ki, köməksizəm. Hərdən problemimim olanda intiharı belə düşünmüşəm. Deyirdim, eyvandan tullansam, hər şeydən xilas olacam. Psixoloqa müraciət etdim. Ondan sonra dərmanlar yazdılar və düzəlməyə başladım. Hiss etdim ki, mənim depresiyaya düşmə haqqım yoxdur". 

Qeyd edək ki, Bundhen "Victoria's Secret"lə bağladığı 25 milyonluq müqavilə ilə məşhurlaşıb.