Məşhur model küçələrdə yaşayır - Fotolar

Məşhur model küçələrdə yaşayır -  Fotolar
2400 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar məşhur olan "Baywatch" ("Sahil mühafizəçi") serialının uşaq ulduzu Ceremi Ceksonun keçmiş avadı, məşhur model Loni Uillison küçələrdə yaşayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl uzun sarı saçlarla, bahalı geyimlərlə, baxımlı görünüşlə kameralar qarşısına keçən Loni Los-Anceles küçələrində görüntülənib.

35 yaşlı model çirkli görünüşü ilə hər kəsi təəccübləndirib. Saçlarını qısa kəsdirib, üzü palçıqlı, əynində isə cırıq paltarlar olan Loni zibil qablarını eşələyib.

Uillison 2012-ci ildə Ceremi ilə evlənib, 2014-cü ildə boşanmışdı. ondan sonra model əvvəlki kimi cəmiyyət içində görünməməyə başlayıb.