Yeni sevgilisinin gözü qarşısında keçmiş sevgilisi ilə əyləndi - Fotolar

Yeni sevgilisinin gözü qarşısında keçmiş sevgilisi ilə əyləndi - Fotolar
4009 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Cennifer Lopez Las-Veqasda "All i have" adlı konsert proqramı ilə çıxış edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı ifaçının konsertinə ailə üzvləri ilə yanaşı, sevgilisi Aleks Rodrigez, model Eşli Qrem və reper Paff Deddi (əsl adı Şon Kombs) da gəlmişdi.

Konsertdən sonra Cey Lo və yaxınları partidə iştirak ediblər. Diqqət çəkn məqam isə ifaçının keçmiş sevgilisi Paffla səmimi münasibəti olub.

Belə ki, 2001-ci ildə ayrılan reperlə müğənni hətta bir neçə saat birlikdə əyləniblər. Aleks isə qısqanmaq əvəzinə Cenniferi dəstəkləyib.

Bununla bağlı sualları cavablandıran Lopez belə deyib:

"Biz çalışırıq ki. həmişə bir-birimizin yanında olaq. Bu, bizim üçün çox şey deməkdir".