Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib

Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib
766 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilən tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi, “Könüllülər kitabxana” İctimai Birliyinin, Cabir Novruz Mədəniyyət Fondunun, Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə reallaşıb.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən keçirilən tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışılıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə və digərləri şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıblar. Tədbir konsert proqramı ilə davam edib.