Aktrisa Ülviyyə Əliyeva təqdimat mərasimlərindən birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa gecəyə yenicə ərə getdiyi həyat yoldaşı ilə qatılıb. Ailə həyatından danışan Ülviyyə bir çox etiraflar edib. O, "Space" kanalından ayrılmasının səbəbinin də ailə qurması olduğunu deyib:

"Zəhmətkeş ulduzlar" layihəsinin formatı elə idi ki, rayonlara gedirdim. Amma başa düşdüm ki, ailəli adamın bu cür çəkilişlərə vaxtı olmur. Ailə diqqət, qayğı tələb edir. ARB-dən təklif gələndən sonra da, fikrimi dəqiqləşdirib, kanaldan uzaqlaşdım.

Həyat yoldaşım mənimlə çəkilişlərdə yanımda olmur. Bu gün onu güclə tədbirə gətirmişəm. Çəkilişdə yanımda olsa, işləyə bilmərəm. Hər dəqiqə maraqlanacam ki, yemək yedin, necəsən? Onun işi Rusiyadadır, 3 ay burada qalır, 10-20 gün ora gedir. Mənə heç bir qadağa qoymur. Çünki çərçivədən çıxmıram".

Ü.Əliyeva "Ailə qurmazdan əvvəl həyat yoldaşınızla Surquta köçəcəyinizi demişdiniz. Nə baş verdi ki, Bakıya köçməli oldunuz" sualına belə cavab verib:

"Surqut çox soyuqdur. Mənim istəyimlə Bakıya köçdük. Qadın böyük qüvvədir".

Foto: İlqam CƏBİYEV
 
 
 
 
 


                 

Digər Xəbərlər