Sənubər İsgəndərlinin gözündə problem yaranıb: "Bilmirlər nədəndir"

Sənubər İsgəndərlinin gözündə problem yaranıb:  "Bilmirlər nədəndir"
3079 dəfə oxunub
  • A-
  • A
  • A+

“Üç filmə çəkilmişəm: “Ağacdələn”, “Qış nağılı”, “Daxilimdəki ada”. Serial yoxdur, istəmirəm. Dəvətlər olub, səhhətimlə bağlı getmirəm. Filmlərə də bir az çətinliklə çəkildim”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib. Aktrisa artıq bir ildən çoxdur ki, gözündə problem olduğunu söyləyib. İsgəndərli bildirib ki, bu günə kimi 6 həkim dəyişib, amma problem tam aradan qaldırılmayıb:

“Artıq bundan danışmaq istəmirəm. Plastik əməliyyat deyil. Plastik əməliyyatın qurbanı olsaydım, çıxıb həkimin adını çəkərdim, deyərdim, getməyin onun yanına.

Heç kim bilmir nədir. Neçə oftolmoloqa getmişəm, deyirlər düzələcək. Görməmdə heç bir problem yoxdur. Sadəcə gözümün biri böyüyür. Hətta MRT-yə (Maqnit rezonans tomoqrafiya) getdim, heç nə çıxmadı. Nə ağrı var, nə sızıntı. İndi bir az yerinə oturub, 6 ay da müalicə almalıyam”.

Foto: İlqam CƏBİYEV