Britaniyada Dünya süd vəzi xərçəngi ilə mübarizə gününə həsr olunan tədbir keçirilib.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gecəyə bir çox məşhur simalar qatılıb. Onlar arasında ən diqqət çəkəni isə model Viktoriya Klay olub.
O, mərasimə transparan qara geyimdə gedib. Alt paltarı aydın görünən Viktoriya gecə boyu bütün baxışları üzərinə toplaya bilib.
Qeyd edək ki, Dünya süd vəzi xərçəngi oktyabrın 15-də bütün dünyada qeyd ediləcək.