Əməkdar artist Zöhrə Abdullayeva övladını itirəndən sonra efirlərdən imtina edib.

Axşam.az-ın məlumatına görə, “Şou ATV” verilişində aparıcı Nanə Ağamalıyeva bildirib ki, müğənnilərlə birlikdə Z.Abdullayevanın evinə gediblər. Onu efirə çıxarmaq istəsələr də, razılaşmayıb. Daha sonra telefonla zəng edib danışan müğənni oğlu üçün çox əziyyət çəkdiyini söyləyib:

“Mənimlə eyni dərdi yaşayan analar var, övladın yaşı olmur. Bu dərd bütün dərdləri üstələyir. Allah bütün analara səbr versin. Mənim isə hələ səbrim yoxdur. Səsim üçün darıxan, eşitmək istəyən tamaşaçılara arzulayıram ki, dərd görməsinlər. Hələ efirə çıxa bilmərəm. Fikrim də yoxdur. Mənim yaram köz bağlamır. Özümə gələ bilmirəm”.

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. İki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.





                 

Digər Xəbərlər