Tünzalə üçün başlanan kampaniya sona çatdı - 60 min manat toplandı

Tünzalə üçün başlanan kampaniya sona çatdı - 60 min manat toplandı
5979 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinə qatılaraq yardım istəyib.

Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, xəstəlik ucbatından ona bir il işləmək qadağası qoyulub və bu səbəbdən evinin kreditini ödəyə bilmir. O, 60 min borcu olduğunu açıqlayıb.

Aparıcı Zaur Baxşəliyev isə Tünzalə üçün xeyriyyə marafonu başlayıb. Ötən aydan başlanan kampaniya bu gün sona çatıb. Tünzalə üçün xalqın və sənət nümayəndələrinin köməyi ilə 60 min AZN toplanıb.

Bu barədə danışan "Toppuş bacı" ləqəbli aktrisa xoşbəxt olduğunu bildirib:

"Başda Zaur olmaqla, hər kəsə təşəkkür edirəm. Xoşbəxtliyimi yaşayıram. Kəndimizdə təmiz hava alıb, güclü, qüvvətli, sağlam Tünzalə qarşınıza bir də gələcək. Mənə kömək edən hər kəsə, sənət dostlarıma bir-bir təşəkkür edirəm. Evi olmayanlara, Allah ev, övladı olmayanlara, övlad qismət eləsin.