Narkotik gətirən musiqiçiyə hökm oxundu

Narkotik gətirən musiqiçiyə hökm oxundu
1092 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Ağır Cinayətlər Məhkəməsində poçt vasitəsilə narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradova hökm oxunub.

Axşam.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ç. Muradov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ç. Muradov internet üzərindən Polşadan narkotik tərkibli həblər alıb və sifariş edərək poçtla göndərilməsini istəyib. Həbləri Bakıda poçtdan götürən zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Çingiz Muradov Musiqi Akademiyasında təhsil alıb. Daha sonralar isə gitarada ifa etməsi ilə tanınıb.