Müğənni Əlikram Bayramov "5/5" verilişində hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal ifaçıdan nənəsinə zəng vurmasını istəyib. Əlikram isə canlı yayımda həm öz, həm də nənəsinin nömrəsini deyib. Aparıcı buna etiraz edəndə isə ifaçı "Yaşlı qadındır, ona zəng edəcəklər?" sözlərini söyləyib.

Müğənni nənə dediyi xanımın qardaşının həyat yoldaşı olduğunu söyləyib:

"Məni o, böyüdüb. Yetiməm mən. Ona da nənə deyirəm".

Səviyyə xanım isə aparıcının suallarına "Əlikram atasını görməyib, 2 yaşında onu itirib. Bacısı rəhmətə gedib. Ondan sonra anası da dözmədi, öldü. Dörd uşaq idilər, o biriləri də biz böyütmüşük" cavabını verib.




                 

Digər Xəbərlər