Amerikalı reper Bakıya gəlir

Amerikalı reper Bakıya gəlir
726 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan reper, musiqiçi və sahibkar Uordsmis (Wordsmith) oktyabrın 7-20-də ilk dəfə Azərbaycanda səfərdə olacaq.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Reper qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfər təşkil edir.

Uorldsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. ABŞ səfirliyi Amerik hip-hop musiqisi ilə maraqlananları aşağıda qeyd olunan konsertlərə dəvət edir:

13 oktyabr, 19:00 - Park Bulvar Moll

16 oktyabr, 19:00 - YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, 19:00 - Rəşid Behbudov adına Mahnı Teatrı

Uorldsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.