Cey Lo geyimi ilə gecəyə damğa vurdu - Fotolar

Cey Lo geyimi ilə gecəyə damğa vurdu - Fotolar
2604 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Los-Ancelesdə “American Music Awards” mükafatlandırma mərasimi keçirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, qırmızı xalıda bu dəfə də sanki şıklıq yarışı olub. Məşhurlar bir-birindən maraqlı geyim tərzləri ilə diqqət çəkiblər.

Gecəyə isə müğənni Cennifer Lopez öz çəhrayı donu ilə damğa vurub.

Belində qara kəmər olan libas sinə və kürək dekoltesi, eləcə də uzun yarığı ilə seçilib. 49 yaşlı Cey Lo tərzi ilə tədbirdə iştirak edən gənc ulduzları belə geridə qoymağı bacarıb.