"Canlı yayım etməklə sənətə yiyələnmirlər" - Tünzalə söz atdı

"Canlı yayım etməklə sənətə yiyələnmirlər" -  Tünzalə söz atdı
1174 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə canlı yayım edən həmkarlarına söz atıb.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə paylaşım edən müğənni bunları yazıb:

"Bu gün sənətkarın adı onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində, həm diqqətindədirsə, konsertləri satılırsa bu illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir. İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər".