İlhamə 2 ildən sonra Bakıya qayıdır?

İlhamə 2 ildən sonra Bakıya qayıdır?
3881 dəfə oxunub
  • A-
  • A
  • A+
İki ildən çoxdur ki, ABŞ köçən müğənni İlhamə Qasımova Azərbaycana qayıtmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı özü sosial şəbəkədə paylaşım edib.

O, foto yayımlayaraq "Fəslin sonu... Macəranın sonu... Geri qayıtmaq vaxtıdır" sözlərini qeyd edib.

Onun paylaşımına rəfiqəsi, rəqqasə Oksana Rəsulova da şərh yazıb. Oksananın "Qayıdırsan? Sürpriz elə, gözlərimiz yolda qaldı" sözlərinə İlhamə "Fikirləşirəm" cavabını verib.