Selena Qomezin səhhəti pisləşdi

Selena Qomezin səhhəti pisləşdi
1340 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Selena Qomez xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ifaçı emosional böhran yaşayır. Bir həftə ərzində iki dəfə xəstəxanaya yerləşdirilən Qomez haqda bir neçə iddia yayılıb. Belə ki, onun keçmiş sevgilisi Castin Biberin evlənməsindən sonra depressiyaya düşdüyü deyilir. 

Başqa mənbədə isə Selenanın keçən il keçirdiyi böyrək nəqli əməliyyatından sonra tez-tez belə problemlər yaşadığı yazılıb.

Bundan əlavə, onun “Panik atak” keçirdiyi və uşaq vaxtı dialektik davranış müalicəsi olduğu vurğulanır. Sözügedən müalicə üsulundan istifadə edən xəstələrdə özünə ziyan vermək, intihar cəhdi, depressiya kimi əlamətlər görünür.