"Səs Azərbaycan"a 3 milyon xərcləndi" - Oqtay Əliyev

"Səs Azərbaycan"a 3 milyon xərcləndi" -  Oqtay Əliyev
1894 dəfə oxunub
  • A-
  • A
  • A+

“Soy” prodakşının rəhbəri Oqtay Əliyev “Yeni ulduz”un daha keçirilməməsinin səbəbindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Səhər-səhər” proqramına qonaq olan Əliyev "Səs Azərbaycan” layihəsinə xərclənən məbləği açıqlayıb:

“O vaxt öndə idik, hamı bizim layihədən yazırdı. Bəziləri də deyirdi ki, bizə bu qədər müğənni lazımdır? İndi başqa formatdır. Biz əslində Rusiyadakı "Qolos", "O səs Türkiyə” kimi nəsə etməliyik. İndi həmin layihələrin günüdür.
 
Bizdə Dövlət Televiziyası "Səs Azərbaycan" keçirdi. Onun lisenziyasını almaq üçün balaca kağıza 1 milyon avro verməlisən. Azərbaycan Dövlət Televiziyasında 3 ay keçirilən layihə 3 milyona başa gəldi. İndi bunu hansısa kanalın, sponsorun etməsi qeyri-mümkündür”.