Dünya mediası Hacıyevin arvadının xərclədiyi pullardan yazdı - 35 milyon

Dünya mediası Hacıyevin arvadının xərclədiyi pullardan yazdı - 35 milyon
2542 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva dünya mediasının diqqət mərkəzindədir.

Axşam.az xəbər verir ki, "telegraph.co.uk",  "dailymail.co.uk" və Türkiyənin bir çox saytları onun son vaxtlar xərclədiyi pullardan yazıb. Onun son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi vurğulanıb.

İngilis mediasının xərclədiyi pullarla bağlı araşdırmaya başlanılar Zamirə ilə bağlı "Dünya belə pul xərcləyən qadın görmədi" başlıqlı yazısında bir çox məqamlara toxunulub. 



2013-cü ildə Hacıyeva 10 milyon sterlinq dəyərində "Mill Ride Golf" klibunu satın alıb. "Harrods"dan bir neçə dəqiqə aralıda yerləşən ərazidəki böyük bir evə 11,5 milyon sterlinq ödəyib. "Gulfstream G550" özəl təyyarəyə sahibdir və ona 32 milyon sterlinq verib. 15 milyon sterlinqə "Harrods"da daha bir malikanə alıb.

Hər gün şüşəsi 4 200 min manat olan şərab içir. Fransanın zinət əşyaları və saat evi olan “Boucheron”dan təxminən 330 min manata broş və 225 min manata "Cartier” dən zinət əşyası alıb.



Eyni zamanda, məhkəmə sənədlərində qeyd edilir ki, Cahangir Hacıyev həyat yoldaşı üçün xüsusi yaşayış vizası almaq üçün təxminən 2 milyon 250 min manat və aylıq yaşayışı üçün təxminən 45 min manat pul ödəyib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı”nın 15 il rəhbəri olmuş Cahangir Hacıyev elə payının əksər hissəsi dövlətə məxsus olan həmin bankın pullarını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. C.Hacıyev 2015-ci ildə həbs edilən zaman 211 milyon manat mənimsəməkdə ittiham olunub. Pul yeyintisində onun arvadı Zamirə Hacıyeva cinayət ortağı kimi tanınıb, lakin İngiltərə höküməti onu Azərbaycanın istintaq orqanlarına verməkdən imtina edib.