Azərbaycanda 1000 kişiyə 1005 qadın düşür

Azərbaycanda 1000 kişiyə 1005 qadın düşür
837 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Axşam.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb. Xəbərə görə, ölkə əhalisinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.