"O qədər bəddua etdilər ki..." - Anasını itirən Tünzalə

"O qədər bəddua etdilər ki..." -  Anasını itirən Tünzalə
7937 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyevanın anası dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, aktrisa "Bizimləsən" verilişinə telefonla bağlanıb. Aparıcı Zaur Baxşəliyev "Sənin xəstəliyindən xəbər tutdu? Necə oldu" sözlərinə "Toppuş bacı" belə cavab verib:

"Anam xəstə idi, yemirdi. Gəncəyə gətirmişdilər. Bircə gecə qala bildi. Mənə dedilər ki, ağırdır. Gəldim, dünyasını dəyişdi. O, qədər dedilər, mənə bəddualar etdilər ki... (ağlayır) Gözəl anam getdi. Xəstəliyimdən xəbəri yox idi. On gün yemirdi, deyirmiş, siz məndən Tünzaləni gizlədirsiniz".