“Atam məni döyüb, əcəb edib” – Xalq artistinin qızı

“Atam məni döyüb, əcəb edib” – Xalq artistinin qızı
3576 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Canım sizə desin” verilişinin növbəti qonağı xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova olub.

Axşam.az-ın məlumatına görə, o, atası haqda fikirlərini bölüşüb:

“Atam hər zaman çox pozitiv, zəhmli, yerini bilən biridir. Adam deyir ki, Rafael müəllim zarafat da edə bilir? Amma onun pərdəarxasını heç kim bilmirdi. Yumor hissi olan bir insandır. Bir də görürsən evdə atamla şeirlə danışırıq.

Atam məni döyüb, əcəb də edib. Çünki müəyyən şeylərdə səhvim olub. Mən dalaşqan olmuşam. Atama gəlib şikayət ediblər ki, qızın filankəsi döyüb. Səhvim də olsa, o, məktəbdə olub. Amma ki, çox vaxt da onun-bunun badına döyülmüşəm”.