Faiq Ağayev Röya ilə olan yataq səhnələrindən danışdı - Videolar

Faiq Ağayev Röya ilə olan yataq səhnələrindən danışdı -  Videolar
7623 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev əməkdar artist Röya Ayxanla illər əvvəl yayılan öpüşmə görüntülərindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” proqramında bildirib ki, həmin görüntülər klip üçün çəkilib, amma sonradan onu ekran işindən çıxarıb:

“Kinoya bənzəyən klipləri mən gətirmişəm. Ekran işində bəylə xanımın öpüşməsini də ilk mən etdim. 1996-cı ildə “Sən elə bilirdin” klipimdə olmuşdu. Çox səmimi səhnələr var orada. Mənə də, Röyaya da irad tuturlar internetdəki görüntümüzə görə. O, “Neyləyim” klipindəki görüntü idi. Həmin klipə Röya çəkilirdi, sonra Leyla adlı xanım çəkildi.

Röyanı dəyişməli olduq. Klipdən görüntülər əvvəlcədən yayıldığı üçün işi dəyişdik. Orada məşhurlar rol alırdı. Onu da sirr saxlayırdım. Görüntü yayıldığı üçün Röyaya dedim ki, bu işdən əlimi çəkirəm.

Röya ilə yaxın dostuq, amma o qədər abartılı münasibətimiz yoxdur ki, özümüz elə edək”.