Elçin yenidən əməliyyat olunacaq

Elçin yenidən əməliyyat olunacaq
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda belindən əməliyyat olunan müğənni Elçin Cəfərov yenidən bıçaq altına yatacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi “Pərdə” verilişinə açıqlamasında burnunu əməliyyat etdirəcəyini bildirib:

“Əməliyyat uğurlu keçdi. İndi ayağa durub gəzirəm. Amma tam özümə gəlməmişəm, ağrılar var. Yenidən əməliyyat olunacağam. Hamı mənim burnumu əməliyyat etdirəcəyimi düşünürdü, amma belim oldu. Bu dəfə nəfəsalma problemimi aradan qaldıracağam. Bu yaxınlarda bir neçə həmkarım estetik burun əməliyyatı etdirib adını da "çəpər əyriliyi" qoydu. Amma mən söz verirəm ki, görünüşümdə dəyişiklik olmayacaq. Çünki üz cizgilərimdən razıyam”.