Burnu qırılan Berkayın həkimi danışdı

Burnu qırılan Berkayın həkimi danışdı
1311 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Arda Turanla dava zamanı burnu qırılan müğənni Berkayın həkimi onun səhhəti haqda danışıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o, aldığı zərbənin müğənninin səs tellərinə heç bir ziyan vurmadığını deyib:

“Berkayın son müayinəsini bir az əvvəl etdik. Vəziyyətinin yaxşılaşdığı görünür. İndi müalicəsi davam edir. Çox ziyarətçisi var. Bu gün də xəstəxanada qalmasına qərar verdik. Həkim nəzarətində olması məsləhətdir. Çünki evdə daha çox yorula bilər.

Səs tellərinə ziyan dəyməyib. Travma yaşayıb. Bu da burnuna təsir edib. Sağalması üçün zamana ehtiyac var. Bir müddət sonra rahat mahnı oxuya biləcək”.