Nyu-Yorkda "Vogue" jurnalının konfransı keçirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, konfransda böyük bədən model Eşli Qrem də iştirak edib.

Tez-tez açıq-saçıq paylaşımları ilə adından söz etdirən Eşli bu dəfə tərzi ilə diqqət çəkib.

Belə ki, Qrem tədbirə qırmızı, sarı və yaşıl rəngin də olduğu donda qatılıb. Modelin fotolarını görən sosial şəbəkə istifadəçiləri "Həmişə soyunaraq, bu dəfə geyinərək təəccübləndirməyi bacardın" kimi şərhlər yazıblar.
 
 
 
 
 
 


                 

Digər Xəbərlər