Nanənin hər dərdə dəva faydaları

Nanənin hər dərdə dəva faydaları
3568 dəfə oxunub
  • A-
  • A
  • A+

Nanənin mədə üçün faydalı olduğunu, yəqin ki, bilirsiniz.
 
Axşam.az xarici KİV-ə istinadən bu bitkinin orqanizmə olan digər faydaları haqda da məlumat verir: 

- Nəfəs almanı asanlaşdırır.

- Qaraciyər çatışmazlığı problemini aradan qaldırır.

- Öd kisəsinin fəaliyyətini nizamlayır. 

- Bağırsaq spazmasını keçirir.

- Həzmi asanlaşdırır.

- Qrip, bronxit və öskürək üçün faydalıdır.

- Əl və ayaqların titrəməsi, dilin tutulması, iflic və yuxusuzluq kimi problemlər zamanı istifadə olunur. Həyəcanı və qorxunu keçirtməkdə faydalıdır. Sinir sistemini qüvvətləndirir.

- Qusmaların qarşısını alır. İstiliyi salır.

- Süd verən analarda şişən döşlərin şişini yatırdır.

- Miqren, yuxusuzluq və baş gicəllənməsində faydalıdır.

- Soyuqdəymə hallarında istifadəsi yaxşı təsir edir.

- Bağırsaq qurdlarının tökülməsində köməkçidir. Mədə ağrısını kəsir. Ancaq mədəsində qastrit olanlar artıq istifadə etməməlidirlər.