“Bella ciao” müğənnilər arasında gərginliyə səbəb oldu

“Bella ciao” müğənnilər arasında gərginliyə səbəb oldu
1744 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hilal Cebeci “Bella Ciao” adlı mahnını ifa edib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o, klip üçün “La casa de papel”in görüntülərindən istifadə edib. Müğənni Gökhan Özoğuz isə bəstəni Hilalın oxumasına belə reaksiya verib:

“Getdi “Ciao bella”. Belə əsərlərin bu məqsədlərlə istifadə olunmasına qadağa qoymaq lazımdır”.

Hilal isə ona bu cavabı verib:

“Mahnının adı “Bella ciao”dur. Hələ bundan xəbərin yoxdur. Amma qadağa qoymağa çalışırsan”.