"16 yaşımda 8 nəfər fəhlənin briqadiri idim" - Əməkdar artist

"16 yaşımda 8 nəfər fəhlənin briqadiri idim" -  Əməkdar artist
1237 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə "Mədəniyyət" kanalında yayımlanan "Bakı gecələri" verilişinin qonağı olub.

Axşam.az ölkə.az-a istinadən bildirir ki, aktyor uşaqlıq illərindən danışıb:

"Həyatda hər şeyə sevgiylə yanaşmaq lazımdır. Mənim atam o vaxt Daxili İşlər Nazirliyinin polkovniki idi. Amma mən 16 yaşımda fəhlə işləyirdim. Atam da tələbə vaxtı Rusiyada fəhlə işləyib. İşimi o qədər sevirdim ki, iki aydan sonra mənə səkkiz nəfər fəhləyə briqadir təyin etdilər. Gərək hər işi sevərək görəsən. Şəkil çəkəndə də, rol oynayanda da, səhnədə, təşkilatı işlərdə nə qədər iş görmüşəmsə, hamısını sevərək etmişəm".

B.Bağırzadə ötən əsrin 90-cı illəri barədə danışarkən, "Bakılı oğlanlar"ın Rusiyadakı qələbələrindən də söz açıb:

"Həmin vaxt insanlar çox ümidsiz idilər. Çünki hər yerdə uduzurduq. İlk dəfə biz 1992-ci ildə Ermənistanın tibb universitetinin komandasına qalib gələrək, çempion olduq. Bizim ardımızca Nazim Hüseynov Barselona olimpiadasında olimpiya çempionu adını qazandı. Məhz bu iki qələbədən sonra insanlarda bir ümid yarandı".

Qeyd edək ki, "Bakı gecələri"nin aparıcısı Nurlana Cəfərovadır.