Əməkdar artistlər Tünzalə Ağayeva və Manana Çaparizde küsülülüyə son qoyub.

Axşam.az-ın məlumatına görə, bu haqda "ATV maqazin onlarla"ya müsahibəsində T.Ağayeva deyib. O bildirib ki, barışıq addımı hər iki tərəfdən gəlib:

"Nə baş veribsə, adətən qarşı tərəfdən anlaşılmazlıq olub. Məni yəqin düz anlamayıblar. Sülhün tərəfdarıyam. Hər birimiz öz səhvimizi görməyi bacarmalıyıq. Onda sülh də baş verir. Orada çox xoşagəlməz, ucuz hal yaşanmışdı. Heç onun haqda danışmaq istəmirəm. Başa düşür ki, o, vəziyyəti yanlış anlayıb. Qarşı tərəf səhv başa düşüb hər şeyi. Qapım həmişə elə şeylərə açıqdır. Manana özü gözəl bir sənətkardır, gözəl anadır. Ona həmişə uğurlar arzulayıram".

Müğənni digər küsülü olduğu məşhurlarla barışmaq haqda suala isə belə cavab verib:

"Heç onlardan danışmayaq. Çünki barışığa layiq olmaq lazımdır".

Qeyd edək ki, ikilinin münasibəti "Səs Azərbaycan" verilişi zamanı pozulmuşdu. T.Ağayeva Xatun Əliyeva, Nura Suri, Kərim Abbasovla da küsülüdür.



                 

Digər Xəbərlər