Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov hələ də Bakı İstintaq Təcridxanasında saxlanılır.

Axşam.az xəbər verir ki, bunu yenicag-a açıqlamasında O.Nadirovun anası Lalə Nadirova deyib.

O, İlhamənin ölümündən sonra oğlunun qarşılaşdığı ağır vəziyyətdən də danışıb:

"Bütün Azərbaycan bilir ki, İlhamə oğlumu 4 yaşından götürüb saxlayıb. Onun cah-cəlallı toyunda məmurlardan tutmuş məşhurlara qədər hər kəs iştirak edib. Hamı Orxanı İlhamənin oğlu kimi tanıyırdı. Lakin onun mal-mülkündən oğluma bir qara qəpik də verilmədi. İlhamənin bacısı Gülbahar onu əsas gətirdi ki, İlhamə heç bir vəsiyyətnamə yazıb qoymayıb. Axı Allah hər şeyi görür. Gülbaharın xəbəri belə olmayıb ki, İlhamə necə dolanır, necə yaşayır. Amma öləndən sonra ortaya düşdülər.

Məqsədləri də onun malına-mülkünə sahib çıxmaq idi. Elə bil gözləyirmişlər ki, İlhamə başını yerə qoysun, onlar da onun varına sahiblənsinlər. İlhamə öləndən sonra uşağımı evdən küçələrə atdılar. Gəlib yanımda yaşamadı. Çünki bilirdi ki, balaca ikiotaqlı mənzilimdə xəstə qardaşı da yaşayır. Onun da körpə balası, ailəsi var. Məcbur qalıb kirayələrdə yaşadı. Balama zülm elədilər. Adı oldu İlhamənin oğlu, amma qara qəpik də verilmədi. Bu gün oğlumun düşdüyü bu ağır duruma görə də onlar günahkardır".



                 

Digər Xəbərlər