Mətanət İsgəndərli ögey oğlu ilə efirə çıxdı - Video

Mətanət İsgəndərli ögey oğlu ilə efirə çıxdı -  Video
4860 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərli ögey oğlu ilə "Bizimləsən" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, Hüseyn müğənninin həyat yoldaşının ikinci nikahından dünyaya gəlib. İfaçı bildirib ki, onunla münasibətləri yaxşıdır:

"Kərimin qardaşıdır, ataları bildir. Bizim münasibətlərimiz yeni yaranıb. Onun təhsilinə də kömək edəcəm. Balamın qardaşıdır, o da mənə övladdır. Toyunu özüm edəcəm. Hüseyn Ülkər ərə gedəndə Türkiyəyə onun yanına getmişdi".

Hüseyn də M.İsgəndərli ilə münasibətlərinin yaxşı olduğunu söyləyib.