“Qınamayın, efirlərə gəlməyəcəm” - Əməkdar artist

“Qınamayın, efirlərə gəlməyəcəm” -  Əməkdar artist
1134 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan ARB TV-nin “Hüseynova bacıları” verilişində əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, verilişin digər qonağı Ramin Abdullayevin Mirzə Babayevi parodiya etməsi müğənnini özündən çıxarıb:

“Siz, Mirzə Babayev kimi sənətkarları parodiya edəndə xoşuma gəlir. O, deyir "gəl". Amma son zamanlar “gəl” sözünə “cəl”, “cəl cedəy” deyirlər. Bu nə danışıqdır ay başınıza dönüm? Vallah, mən efirlərə gəlməyəcəm. Yetişən gənc aktyorlarımızın danışığından əsəb keçirirəm. Gör, mən əgər belə əsəbləşirəmsə, onda bizim ziyalılarımız, canlı əfsanələrimiz onlar nələr keçirirlər. Hirslənirəm, məni qınamayın”.