Barış Arduç ayrılıq iddialarına cavab verdi

Barış Arduç ayrılıq iddialarına cavab verdi
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Barış Arduç gecə saatlarında restorandan tək çıxarkən paparassilərin obyektivinə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 ildir Gupse Özayla eşq yaşayan aktyor ayrılmaları ilə bağlı suallara münasibət bildirib. 

Barış artıq bu xəbərlərdən bezdiyini söyləyib. "Biz çox xoşbəxtik" deyə, iddiaların yalan olduğunu açıqlayıb. 

Cütlük bu ərəfədə Çamlıhemşində təbiət qoynunda romantik anlar keçirir. Hər iki aktyor hazırda heç bir layihə haqda düşünmədiyini bildirib.