Bolqarıstan İsraildə keçirilən “Eurovision - 2019” mahnı müsabiqəsində iştirak etməyəcək. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkənin maliyyə problemdir. Buna görə, Bolqarıstan gələn il Təl-Əvivdə keçiriləcək yarışmada iştirakından imtina edib.

Qeyd edək ki, sözügedən ölkə müsabiqəyə 2005-ci ildə qatılıb. Ən böyük nəticəni isə ötən il əldə edib. Belə ki, Bolqarıstanı təmsil edən Kristian Kostov "Beautiful mess" mahnısı ilə ikinci yerə çıxıb.



                 

Digər Xəbərlər