Gizli saxladıqları eşq bu paylaşımlardan sonra üzə çıxdı - Fotolar

Gizli saxladıqları eşq bu paylaşımlardan sonra üzə çıxdı - Fotolar
5765 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mustafa Sandal və həmkarı Simgenin İnstaqramda eyni anda və eyni məkandan etdikləri paylaşım yenidən müzakirəyə səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu paylaşımdan sonra cütlüyün həqiqətən də sevgili olduğu məlum olub.

Sandal öz şəklini səhifəsində yerləşdirərək "Həqiqətən bu həyatda sənin kimisi yoxdur" qeydini yazıb. Simge isə hesabında şəxsi fotosunu bölüşərək "Yenidən sənə qovuşdum, səninlə yaşlanacağam" deyə qeyd edib.

Bu paylaşımlardan sonra illər əvvəl də eşq yaşayan Mustafa və Simgenin hazırda Göcek istiqamətində istirahət etdiyi məlum olub.

Qeyd edək ki, bir müddət əvvəl Sandal Simgenin "Öpücem" adlı yeni klipini hesabında yerləşdirərək "Qucağını aç, gəlirəm" qeydini yazmışdı. Sonra Simgenin meneceri xəbərin gerçək olmadığını bildirmişdi.