Xəyyam: “Evlənmək istəyirəm”

Xəyyam: “Evlənmək istəyirəm”
1082 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov 2014-cü ildə dünya turnesinə çıxacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında deyib:

“Bir neçə ölkədə konsert verəcəyəm. Onlardan biri Amerikada – Nyu-Yorkda olacaq. Orada Azərbaycan diasporu böyük fəaliyyət göstərir. Daha sonra İsraildə konsertim baş tutacaq. Üçüncü tədbirim Bakıda olacaq. Ən sonda isə Moskvada böyük bir konsert verəcəyəm”.

Şəxsi həyatından danışan Xəyyam evlənmək istədiyini deyib:

“Evlənmək istəyirəm. Amma buna qismət məsələsi kimi baxıram. Hələ ürəkdən istəyəcəyim bir insan qarşıma çıxmayıb”.