Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cəfərova Rüxsarə Əliağa qızı
Xanlarov Habil Tehran oğlu

Qurbanova Vəfa Əli qızı
Məmmədov Vidadi Mansur oğlu
Məmmədova Mayə Əliağa qızı
Mirzəyev Akif Əziz oğlu
Müzəffərov Arif Valeh oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə Sumqayıt Dövlət Dram Teatrının aşağıdakı əməkdaşlarına “Əməkdar artist” fəxri adı verilib:

Hüseynov Mövsüm Turbəndə oğlu
Nuriyeva Sədaqət Məmmədağa qızı
Süleymanova Xatirə Bəylər qızı.



                 

Digər Xəbərlər