Aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişində halı pisləşib.

Axşam.az xəbər verir ki, verilişdə gərgin müzakirələr zamanı aparıcı qəfil özünü pis hiss edib və ayaqüstə dayanmaqda çətinlik çəkib.

Aparıcının ətrafında olan insanlar bunu gördükdə onu dərhal qucaqlayaraq divanda oturdublar.  

Ayaqüstə durmaqda çətinlik çəkən Xoşqədəmə ətrafındakılar kömək edib. Divana oturan Xoşqədəm daha sonra verilişi çətinliklə də olsa, davam etdirib.

Efirdən sonra sosial şəbəkədə açıqlama yayan Hidayətqızı 39 dərəcə istiliyi olduğunu və tezliyinin tez-tez qalxıb-endiyini bildirib. O, hazırda da həkim nəzarətində olduğunu qeyd edib.



                 

Digər Xəbərlər