Müğənni Selena Qomezin xəstəxanaya yerləşdirilmə xəbərini eşidən keçmiş sevgilisi Castin Biber kədərlənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbəri dostlarının və nişanlandığı model Hayli Baldvinin yanında eşidən ifaçı göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Qomez bir müddət əvvəl reanimasiyaya yerləşdirilib. Onun həm psixoloji, həm də fiziki böhran yaşadığı bildirilir. Buna səbəb kimi isə bir neçə iddia göstərilir.

Bəzi mənbələrin sözlərinə görə, o, keçmiş sevgilisi Castin Biberin model Hayli Baldvinlə evlənməsindən sonra depressiyaya düşüb. Başqa mənbədə isə Selenanın keçən il keçirdiyi böyrək nəqli əməliyyatından sonra tez-tez belə problemlər yaşadığı yazır.

Bundan əlavə, onun “Panik atak” keçirdiyi və uşaq vaxtı dialektik davranış müalicəsi olduğu vurğulanır. Sözügedən müalicə üsulundan istifadə edən xəstələrdə özünə ziyan vermək, intihar cəhdi, depressiya kimi əlamətlər görünür.



                 

Digər Xəbərlər