Nizami Kino Mərkəzində “Qaragöz” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, ekran işində rəqqasə Oksana Rəsulova, aktyor Elməddin Cəfərov, əməkdar artist Hüsniyyə Mürvətova və başqaları rol alıblar. Qala gecəsinə sənət aləminin tanınmış simaları qatılıblar. Orxan Mərdanın ərsəyə gətirdiyi ekran işi "Qara" adlı qəhrəmana həsr edilib.

Filmin yaradıcı heyyəti qırmızı xalıdan keçərək jurnalistlərin suallarını cavablandırıblar. 

E.Cəfərov canlandırdığı obrazın Mirzə Fətəli Axundovun "Sərgüzəşti-mərdi-xəsis" pyesindəki “Hacı Qara” ilə oxşarlıqlarının olduğundan danışıb:

“Qara olduqca xəsis insandır. İndiyədək ifa etdiyim ən ağır rol olduğunu deyə bilərəm. Çünki film ərzində bu rolun xarakteri 4-5 dəfə dəyişir. Ekran işinin sonunda Qara tamam başqa bir insana çevirilir. Filmdə xəsislik, ata qayğısı, sevgi, ağlamaq, faciə var. Ekran işinin içində isə “Arşın mal alan” tamaşasını ifa edirik. Orada Əsgər rolunu ifa edirdim. Bu, çox ağır roldur. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Filmin rejissoru O.Mərdan bildirib ki, filmin adı əsas obraz olan “Qara”nın adından götürülüb:

“Filmdə hadisələr Qaranın evində, işlədiyi teatrda, Bakının müxtəlif yerlərində və Qəbələ şəhərində cərəyan edir. Komediya janrında olduğundan tanınmış simadan istifadə etməyə çalışdıq”.

Gecədə filmin nümayişindən əvvəl kiçik konsert təqdim olunub. Müğənni Rüstəm Zeynallının müşayiəti ilə orkestr "Qaragöz" filminin müsiqisini canlı ifa edib.

Foto: İlqam CƏBİYEV

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər