Caner Erkin ödədiyi olimenti özünə xərclədiyini idda etdiyi keçmiş arvadı Asena Atalayı yenidən məhkəməyə verəcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu uşaqları üçün Asenaya verdiyi pulları onun yeni məkan açan atasına xərclədiyini bildirib.

Caner hər ay keçmiş arvadına 10 min lirə təzminat ödəyir. 7 yaşındakı oğlu Çinarın isə məktəbi üçün lazım olan 50 min lirəni hər ay futbolçu özü verir. Əlavə olaraq isə Asenaya hər ay 10 min lirə pul verir ki, ehtiyaclarını ödəsin.

Atalayın atası Oktay Beyin ötən il borc ucbatından bağladığı teatrını yenidən açması futbolçu ilə onun arasında qalmaqala səbəb olub. Erkin uşaqları üçün verdiyi pulları Asenanın atasına xərclədiyini deyib. Futbolçu oğlunu məhkəmə yolu ilə Asenadan almağa çalışır.

Qeyd edək ki, Caner 2016-cı ildə 6 il evli olduğu Atalaydan ayrılıb.



                 

Digər Xəbərlər