2019-cu ilin yayında Bakıda yenidən "Jara" beynəlxalq musiqi festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, artıq festivalın hazırlıqlarına başlanılıb. Bu haqda tədbirin təşkilatçılarından olan Sergey Kojevnikov xəbər yayıb. 

O, xalq artisti Emin Ağalarov və Qriqoriy Lepslə görüntüsünü paylaşaraq "Sizin üçün yeni "Jara" hazırlayırıq" sözlərini yazıb.

Qeyd edək ki, ötən yay baş tutan festival zamanı Emin "Jara 2019"un bir həftə davam etməsi haqda fikirləşdiklərini demişdi.



                 

Digər Xəbərlər