Serial dünyasının nəbzini tutan Kannda azərbaycanlı aktrisa Nəsrin Cavadzadəyə xüsusi diqqət göstərilib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il 15-18 oktyabr tarixləri arasında keçirilən dünyanın ən böyük tədbiri "Mipcom"a qatılan aktrisa qırmızı xalının ulduzu olub.

"Sudi Etuz"in kolleksiyasından olan qızılı rəngli qısa paltar seçən Nəsrin diqqətləri üzərinə çəkib. Festival sarayında keçirilən dəvətdə Cavadzadə məşhur ulduzlarla da tanış olub.

Gündüz isə aktrisa şəhəri gəzərək, dincəlməyə çalışıb.

Türkiyədə olduğu qədər əcnəbi rejissorların da diqqətini çəkən Nəsrin sonuncu dəfə “El Desentierro” adlı ispan filmində çəkilib.

 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər