Rusiyanın məşhur rok qrupu "Маша и медведи"nin solisti Mariya Makarovanı döyüblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının bədəninə bir çox zərbələr yetirilib. Hadisə ilə bağlı polis araşdırma aparır.

Hadisə Mariyanın pensiyaçı qonşusunu müdafiə etməsindən sonra baş verib. İfaçı bir neçə qonşu ilə yığışaraq həmin şəxsə kömək etməyə çalışıb. Aleksandr Kulqin adlı şəxs həyat yoldaşı öləndən sonra bilib ki, qaldığı evin yarısı yad adamlara məxsusdur.

Bunu bilən qonşular qoca kişinin evinin qapısında növbə ilə dayanıb, onu qorumağa çalışıblar. Belə bir gecə növbəsi zamanı Makarovanı tanımadığı şəxslər döyüb. "Onları vicdanlı olmağa səslədim. Kulqinin necə insan olduğunu izah etməyə çalışdım. Bu zaman isə onlar məni yerə itələdi və vurdu" deyə, müğənni söyləyib.



                 

Digər Xəbərlər