Aparıcı-aktrisa Xəyalə Quliyeva işsizlikdən gileylənib.

Axşam.az-ın məlumatına görə, o, "Ən yaxşısı" proqramında telekanallardan gileylənib. Xəyalə bildirib ki, heç bir kanal onu aparıcı kimi dəvət etmir:

"14 ildir fasiləsiz efirdəyəm. Veriliş aparır, serialda çəkilirəm. Neçə ildir verilişim yoxdur. Niyə? Mənim təcrübəm, söz ehtriyatım yoxdur? Heç bir şirkət dəvət etmir ki, gəl aparıcılıq elə. Model görünüşündə qızları gətirirlər efirə, əlinə bir kağız verirlər ki, çıx oxu. Niyə? Aparıcılara baxırsan əlindəki kağızdan oxuyur. Gələn qonağa dediyi "Çox gözəlsən" sözünü belə kağızdan baxıb deyirlər".

Xəyalə daha sonra "İndi xınalara gedirəm. Verilişim yoxdursa, niyə getməyim?" sözlərini deyib.

Qeyd edək ki, Xəyalə "Çəkiram haa" verilişi ilə tanınıb.


                 

Digər Xəbərlər