Oktyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında “Amerikalı kürəkən” tamaşası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsərinin 50-ci nümayişi görkəmli Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə təqdim olunacaq.

Tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır. Musiqi müəllifi bəstəkar, Xalq artisti Ramiz Mirişli olan səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva və Eleanora Mehdiyeva ifa edəcəklər.



                 

Digər Xəbərlər