Böyük bədən model kimi tanınan Eşli Qrem iki həftədir fiziki görünüşü ilə hər kəsi heyran edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı model ötən gün Nyu-Yorkda təşkil olunmuş "Golden Heart Awards" mükafatlandırma mərasiminə qatılıb.

Eşli qırmızı xalıya uzun yarıqlı ətək və qara qısa koftada çıxıb. Onun xeyli arıqladığı bu dəfə də gözdən yayınmayıb.

Qremin fotolarını görən sosial şəbəkə istifadəçilərinin bəzisi onun bu cür daha yaxşı göründüyünü yazsalar da, bəziləri modelin sağlığında olan hər hansı bir xəstəlik üzündən arıqladığını qeyd edib.
 
 
 
 


                 

Digər Xəbərlər