"Bozun 50 çaları" filminin aktrisası Dakota Conson yeni filmi "Suspiria"nın qala gecəsinə qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda keçirilən tədbirə 29 yaşlı aktrisa göz qamaşdırıcı libasda gedib.

Gümüş rəngli, pırıltılı, dar libasda olan Dakota eyni zamanda haqqında çıxan hamiləlik xəbərlərinə də cavab vermiş olub.

Qırmızı xalıda kameralar önünə keçən Conson şıklığı ilə diqqət mərkəzində olub.

Qeyd edək ki, bir müddət əvvəl aktrisanın eşq yaşadığı 41 yaşlı Kris Martinadan hamilə olduğu iddia olunurdu.

 
 
 
 


                 

Digər Xəbərlər