"Röyanı çox qınamışam, tez böyüdü" - Roza

"Röyanı çox qınamışam, tez böyüdü" -  Roza
2284 dəfə oxunub
  • A-
  • A
  • A+
"6 ildir heç bir sənət dostuma, insanlara inanmıram. Belə bir yol seçdim ki, ancaq özümə inanacam. Hətta övladlarımla sir bölüşmürəm ki, sonra onlardan şübhələnməyim".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli "Hər şey daxil" verilişində deyib. İfaçı əməkdar artist Röya Ayxanla bir vaxtlar dost olduğunu söyləyib:

"Ötən ilə qədər Röyanı çox qınamışam. Onunla yaxın rəfiqə olmuşuq, bir tikə çörəyi də bölmüşük. Bunu heç kim bilmir. Qınayırdım ki, tez böyüdü. 6 aydır ona deyirəm ki, elə düz edirmiş. Biz qalxdıqca, yaxşı olduqca, ən nyaxın dostlarımız düşmən olur. Soyuq münasibətə görə sənət dostlarımı qınamıram".
 
Foto: İlqam CƏBİYEV